25.4 C
Gence
18.5 C
Ganja

“Gəncə Memorial Hospital”da şəhid ailələrinə ödənişsiz müayinə

“Gəncə Memorial Hospital”da 8 və 9 noyabrda ödənişsiz müayinə təşkil edilir. Bu haqda xəstəxananın rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.

Kompaniya Zəfər gününə həsr edilib. Şəhidlərin birinci dərəcəli ailə üzvləri, qazilər, müharibə əlilləri, veteranlar üçün həkim qəbulu pulsuzdur. Digər funksional müayinə metodlarına isə xüsusi endirimlər tətbiq olunacaq.

Qeyd edək ki, öncədən qeydiyyat vacibdir. Bunun üçün aşağıda göstərilən nömrələr ilə əlaqə saxlamaq kifayətdir:

  • (+99422) 428 97 97
  • (+99470) 628 97 97
  • (+99470) 528 97 97 (WhatsApp )

Xəstəxana Şah İsmayıl Xətai prospekti, 550 (Dan Ulduzu Şadlıq Sarayının yanı) ünvanında yerləşir.