Gəncənin İmamzadə qəbirstanlığında ümumşəhər iməciliyi baş tutub. Bu haqda Gencexeber.az 22 oktyabr tarixində Azertag.az-a istinadən məlumat verir.
Orada təmizlik və abadlıq işləri aparılıb. Məzarların ətrafı qurumuş otlardan təmizlənib. Gün ərzində ağac və gül kollarına qulluq göstərilib.
İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla yanaşı bir çox idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.
Qeyd edək ki, işlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub.
Daha öncə, İmamzadə qəbirstanlığında iməcilik keçiriləcəyi haqda xəbər vermişdik.