Gəncədə məşqçiyə “Təşəkkürnamə” təqdim olunub. Bu haqda 11 yanvar tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.
İdarənin rəisi Həmid Nəsirov və idman sektorunun müdiri Gəncə Olimpiya İdman Klubunda Əziz Əzizovun məşqlərini ziyarət ediblər. Ona “Təşəkkürnamə” təqdim edərək 2021-ci ildə Bədən tərbiyəsi və idmanın inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildiriblər.
