17.5 C
Gence
17.5 C
Gence

“Gəncə” müntəzəm çempionatı qələbə ilə başa vurub

Gəncə basketbolçuları növbəti qələbələrini qazanıblar. Bu haqda 26 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.

“Gəncə” BK “Sərhədçi” PİK ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının sonuncu, XXVIII turu çərçivəsində baş tutub.

Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan gərgin oyunda təmsilçimiz 102:85 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları Kollin Törner (“Gəncə” BK, 28 xal, 9 asist) və Maykl Diqqins (“Sərhədçi” PİK, 27 xal, 11 ribaund) olublar.

Ən Çox Oxunan