27.5 C
Gence
27.5 C
Gence

Gəncə məktəblərində kibertəhlükəsizliklə bağlı dərslər keçiriləcək

Gəncə məktəblərində dərs keçən müəllimlər üçün təlimlər keçirilib. Bu haqda 8 fevral tarixində Apa-ya istinadən məlumat veririk.

Təlimlər “İKT Lab”ın Gəncə regional bölməsində təşkil olunub. Seminarların mövzusu internetdən təhlükəsiz istifadəsi olub. Burada iştirakçılara şagirdlərin üzləşə biləcəyi kibertəhlükələr, onlarla mübarizə üsulları, əsas kibergigiyena qaydalarından danışılıb.

Təlimlərdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində bu mövzuda şagirdlər üçün açıq dərslər təşkil edəcəklər. Onlar həmçinin nəticələr haqda Elektron Təhlükəsizlik Xidmətinə məlumat verəcəklər.

 

Ən Çox Oxunan