19.1 C
Gence
19.1 C
Gence

Gəncə: M.Bürcəliyev küçəsində yerləşən parkda abadlıq işləri aparılıb

Gəncədə 25 dekabr tarixində iməcilik keçirilib. Bu haqda şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Aksiya Gəncəçayın məcrası və sol sahilində, M.Bürcəliyev küçəsində yerləşən parkda təşkil olunub. Ərazidə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik və Yaşıllaşdırma şöbələrinin əməkdaşları işləyiblər. Onlar səhər saatlarından buranı təmizləyərək abadlaşdırıblar. Tullantılar yığılıb və daşınıb. Parkda qurumuş ot və yarpaqlar təmizlənib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibləri bellənib, yeni ağac və gül kolları əkilib. Abbas Səhhətin məzarının ətrafı abadlaşdırılıb.

Daha sonra küçə və prospektlərdə avtobus dayanacaqları yuyulub.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan