Gəncəli şahmatçı beynəlxalq turnirin ilk turunu uğurla başa vurub. Bu haqda 3 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.
Ülviyyə Fətəliyeva İtaliyada şahmat festivalında iştirak edir. Yarışın ən güclü A turnirinin birinci turunda o, qalib olaraq aktivinə 1 xal yazdırıb. Mübarizəyə 30-u qrossmeyster olmaqla 124 şahmatçı qatılıb.
Qeyd edək ki, turnir 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.