Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu sinif şagirdi Məhsəti Piriyeva Yaponiyada 53-cü Dünya Kimya Olimpiadasında bürünc medal qazanıb. Bu haqda məlumat Təhsil Nazirliyinin rəsmi saytında avqustun 2-si dərc olunub.
79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmizi 4 nəfər təmsil edib və hər biri üçüncü yerləri tutublar:
- Xanım Yaqublu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi.
- Salman Hüseynov, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi.
- Nəriman Şirinli, Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyinin 10-cu sinif şagirdi.
Qeyd edək ki, Olimpiada 25 iyul – 2 avqust 2021-ci il tarixlərində onlayn formatda keçirilib.