Gəncəli iki mədəniyyət xadimi fərdi təqaüd alacaq. Bu haqda 10 may tarixində Report-a istinadən məlumat veririk.
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, tarzən Fikrət Verdiyev və aktyor Məmmədəli Balayev müavinətə layiq görülüblər.