22.5 C
Gence
22.5 C
Gence

Gəncəlilər “Sabah-2” klubu ilə heç-heçə oynayıb

Gəncəni uğurla təmsil edən “Kəpəz” futbol klubu ilə “Sabah-2” arasında keçirilən oyun 2-2 hesabı ilə yekunlaşıb.

Matç Azərbaycan Birinci Divizionunun 13-cü turu çərçivəsində keçirilib. Görüşə bu gün saat 14:00-da start verilib. Komandanın qollarını Tural Rzayev 35-ci və 48-ci dəqiqələrdə vurub.

Qeyd edək ki, “Kəpəz” ötən turda “Zaqatala” komandasını 3-2 hesabı ilə məğlub etmişdir. Gəncəlilər sözügedən çempionatın 2021-2022-ci illər mövsümü çərçivəsində məğlub olmayıblar.

Ən Çox Oxunan