Gəncə təmsilçisi “Kəpəz” 16 noyabr saat 14:00-da “Turan Tovuz” klubu ilə görüşəcək.
Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 8-ci tur çərçivəsində baş tutacaq.
Qeyd edək ki, klub 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.