Gəncəli güləşçi Rəvan Rəhimli Dünya Məktəblilərinin İdman Oyunlarında gümüş medal qazanıb.
14 yaşlı Rəvan Ceyhun oğlu Rəhimli Gəncə şəhər 1 saylı məktəbin 8-ci sinif şagirdidir. O, doqquz yaşından idmanla məşğuldur.
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda keçirilən yarışlara artıq yekun vurulub. İştirak edən Azərbaycan məktəblərinin şagirdləri 20 medal qazanıblar.