21.9 C
Gence
14.5 C
Ganja

Gəncəli xanım Moskvada rəsm sərgisində iştirak edib

Gəncə Gənclər evinin metodisti Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisində iştirak edib. Bu haqda məlumat qurumun rəsmi İnstagram səhifəsində məlumat yerləşdirilib.

Dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova batika və şüşə sənəti üslubunda əsərlər təqdim edib. Onlar Xarıbülbülün nəğməsi və Gəncə xalçasına həsr edilib.

Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.