21 C
Gence
21 C
Gence

Gəncəli xanım Antalyada qızıl medal qazanıb

Güləşçi xanım beynəlxalq turnirin qalibi olub. Bu haqda 2 may tarixində Gəncəxəbər.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir. Ənənəvi yarışın 2-ci günündə güləşçilərimiz medal qazanıblar. Qadın güləşində Nizami Yurdunun yetirməsi Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə mübarizə aparan Əsmər Cankurtaran isə bürünc medal əldə edib.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) isə üçüncü yeri tutub.

Ən Çox Oxunan