Gəncəli Əməkdar incəsənət xadimi Akademik Milli Dram Teatrına təyinat alıb. Bu haqda 13 may tarixində Report.az-a istinadən xəbər veririk.
Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı Əmrə əsasən, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.
Mehriban Ələkbərzadə 5 avqust 1965-ci ildə Gəncədə anadan olub.