22.5 C
Gence
22.5 C
Gence

Gəncəli vəkil koronavirusdan dünyasını dəyişib

22 oktyabr tarixində gəncəli vəkil dünyasını dəyişib. Bu haqda məlumatı Gencexeber.az-a 23 oktyabrda mərhumun qohumları verib.

Gəncədə vəkillər kollegiyasının üzvü Səməndər Həsənov dünən gecə saatlarında 68 yaşında koronavirusdan vəfat edib. O, 12 gün idir ki, Bakıda xəstəxanada müalicə alırdı. Vəkil bu gün İmamzadə qəbirstanlığında dəfn ediləcək.

Həsənov, vaxtilə Nizami rayon polis idarəsində şöbə rəisi işləyib.

Qeyd edək ki, Səməndər Həsənov ailəli idi. Onun iki qız övladı var.

Ən Çox Oxunan