Gəncəli usta Türkiyədə beynəlxalq müsabiqəyə yollanıb. Bu haqda Gencexeber.az-a 8 may tarixində məlumat daxil olub.
Bir müddət öncə 58 ildir piano, royal və orqan klavişli-nəfəsli musiqi alətlərini kökləyən 76 yaşlı Cəmil Məmmədov barədə məlumat vermişdik. Türkiyədə 2-8 may tarixlərində 22-ci Afyonkarahisar Klassik Musiqi Festivalı keçirilir. Burada Almaniya, Çexiya, Avstriya, Macarıstanı təmsil edən piano, saksafon, trompet ifaçıları çıxış edirlər.
Gəncəli usta təşkilatçılar tərəfindən tədbirə dəvət olunub. O, festival boyunca buradakı royalları kökləyir.
Xatırladaq ki, Cəmil usta həyatının 30 ilini İstanbulda yaşayıb və işləyib.