24.8 C
Gence
24.8 C
Gence

Gəncəli Turan Bayramov dünya çempionatında yarışacaq

Güləş üzrə keçirilən dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyətində Gəncəli Turan Bayramov yer alıb. Bu haqda Gencexeber.az 2 noyabr tarixində Report.az-a istinadən xəbər verir.

23 yaşadək güləşçilərin yarışı Serbiyanın paytaxtı Belqradda keçirilir. Yığmanın üzvü Turan Bayramov 74 kiloqram çəki dərəcəsində öz qüvvəsini sınayacaq.

Qeyd edək ki, noyabrın dördündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək.

Turan Bayramovun nailiyyətləri:

  • Kursantlar arasında keçirilən Avropa çempionatlarında 2017 və 2018-ci illərdə müvafiq olaraq bürünc və qızıl medal
  • Kursantlar arasında keçirilən Dünya çempinatlarında 2017 və 2018-ci illərdə müvafiq olaraq gümüş və qızıl medal
  • 2018-ci ildə Gənclər arasında keçirilən çempionatda qızıl medal
  • Yeniyetmələr arasında keçirilən Avropa çempionatlarında 2019 və 2021-ci illərdə qızıl medallar
  • 2019-cu ildə yeniyetmələr arasında keçirilən Dünya çempionatında bürünc medal
  • 2019-cu ildə 23 yaşadək güləşçilər arasında keçirilən Dünya çempionatında qızıl medal
  • 2021-ci  ildə Avropa çempionatında gümüş medal

Ən Çox Oxunan