22.5 C
Gence
22.5 C
Gence

Gəncəli qız Baş Dövlət Yol Polis idarəsinin müsabiqəsində qalib olub

Gəncəli məktəbli rəsm müsabiqəsinin qalibi olub. Bu haqda Gəncə şəhər 28 nömrəli tam orta məktəb məlumat paylaşıb.

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsi tərəfindən təşkil olunub. Yarış uşaq və yeniyetmələr arasında baş tutub. Gəncə şəhər 28 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Sevgi Şəmsiyeva birinci yerə layiq görülüb. Dövlət Yol Polis idarəsi onu Təşəkkürnamə ilə təltif edib.

Ən Çox Oxunan