19.7 C
Gence
18.5 C
Ganja

Gəncəli paracüdoçumuz koronavirusa yoluxub

Gəncəli paracüdoçu Ramil Qasımov koronavirusa yoluxub. Bu haqda 21 avqust tarixində məlum olub.

Paralimpiya çempionu Ramil Qasımov Tokio atletlər kəndində Covid-19 PCR test verib. Nəticə pozitiv çıxıb.

O xüsusi karantinə yerləşdirilib və oyunlardan kənarlaşdırılıb. Karantin rejimi bitdikdən sonra Qasımov Azərbaycana geri dönəcək.