27.5 C
Gence
27.5 C
Gence

Gəncəli üç nəfər tanışını qarət edib

Gəncə şəhər sakinləri soyğunçuluqda şübhəli bilinərək saxlanılıblar. Bu haqda 13 dekabr tarixində Report-a istinadən məlumat veririk.

Göygöl rayon Polis şöbəsinə soyğunçuluqla bağlı müraciət daxil olub. Aparılan əməliyyatlar zamanı Gəncə şəhər sakinləri Kamran Əliyev, Elgiz Mahmudov və Hüseyn Tağızadə saxlanılıblar.

Məlum olub ki, tutulan şəxslər kafedə yeyib-içdikdən sonra tanışları Fərhad Həsənovla Göygöl rayonuna avtomobillə gəzməyə gediblər. Yolda onun əl-qolunu bağlayaraq cibindən 1900 manat pul oğurlayıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Ən Çox Oxunan