11.9 C
Gence
11.9 C
Gence

Gəncəli müəllimlər Təşəkkürnaməyə layiq görülüblər

Gəncə müəllimlərinə Təşəkkürnamələr təqdim edilib. Bu haqda məlumatı 23 iyun tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən veririk.

Sözügedən idarənin müdiri Anar Qədiməliyev Gəncə şəhər 26 nömrəli məktəb-liseyin müəllimi Aynur Tanrıverdiyeva və S.Vurğun adına 41 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Cəfərova ilə görüşüb. Onlara “Ehtiyat dərslik” layihəsi çərçivəsində səmərəli əməkdaşlıq etdiklərinə görə müvafiq Təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, “Ehtiyat dərslik” layihəsi Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Ən Çox Oxunan