Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi “MIE Expert” adına layiq görülüb. Bu haqda 29 oktyabr tarixində Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsinə məlumat paylaşılıb.
Məhsəti Zeynalova Microsoft Education Center müəllim bacarıqlarının artırılması üzrə “MIE Expert” nominasiyasını qazanıb.
Qeyd edək ki, Məhsəti xanım 21 ildir ki, ibtidai sinif müəllimi olaraq çalışır. Hazırda İTE təşkilatında təlimçi kimi fəaliyyət göstərir. Proqramın üzvü seçilmiş müəllimlər müxtəlif ölkələrdən olan müəllimlərlə təcrübə mübadiləsi aparmaq imkanı əldə edirlər.