24.8 C
Gence
24.8 C
Gence

Gəncəli məktəblilər “TRİZ Kuboku-2021” beynəlxalq müsabiqəsində yer tutublar

Gəncədə beynəlxalq müsabiqə iştirakçıları ilə görüş keçirilib. Bu haqda 10 dekabr tarixində Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.

İdarənin müdiri Anar Qədiməliyev Gəncə şəhər 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin şagirdləri ilə görüşüb. Onlar “TRİZ Kuboku-2021” beynəlxalq müsabiqəsində 11-14 yaş kateqoriyası üzrə fantaziya nominasiyasında “Kosmosda yaşam tərzi” adlı təqdimatla iştirak edərək III yerə çıxıblar.

Müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin  genişləndirilməsidir.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan