16.4 C
Gence
16.4 C
Gence

Gəncəli məktəblilər respublika üzrə I yerə çıxıblar

Gəncəli şagirdlər Respublika olimpiadasında qalib olublar. Bu haqda 9 mart tarixində Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey məlumat paylaşıb.

Təhsil müəssisəsinin 31 şagirdi Respublika Fənn Olimpiadasında iştirak hüququ qazanıb. Məktəblilərdən bir neçəsi öz fənni və yaş qrupunda ölkə üzrə qalib olublar. Şagirdlərin nailiyyətləri aşağıdakılardır:

  • Zəhrabəyim Abdullayeva yuxarı yaş qrupunda Biologiya fənni üzrə;
  • Həmid Xəlilov yuxarı yaş qrupunda Kimya fənni üzrə;
  • Fidan Hüseynova İnformatika fənni üzrə.

Ən Çox Oxunan