27.5 C
Gence
27.5 C
Gence

Gəncəli məktəbli beynəlxalq turnirdə birinci yerə layiq görülüb

Gəncəli şagird beynəlxalq turnirdə qalib olub. Bu haqda 3 dekabr tarixində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəb məlumat paylaşıb.

Təhsil müəssisəsinin Peşə Təmayüllü sinfində təhsil alan Cahid Əlizadə Gürcüstanın Borjomi şəhərində təşkil edilən beynəlxalq turnirdə birinci yeri qazanıb. O cüdo idman növü üzrə iştirak edib. Gənc idmançı Gəncə Metallurq İdman klubunun üzvüdür.

Qeyd edək ki, bir neçə ay öncə o, Türkiyədə təlim məşq toplanışında olub.

Ən Çox Oxunan