9.7 C
Gence
5.5 C
Ganja

Gəncəli karateçilər ikisi qızıl olmaqla, doqquz medal qazanıblar

Arpaçay Gəncə klubunun karateçiləri ikisi qızıl, dördü gümüş və üçü bürünc olmaqla doqquz medalla doğma şəhərlərinə qayıdıblar. Bu haqda Gencexeber.az 29 sentyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.

Gəncəli karateçilər Bilik Gününə həsr olunan Respublika birinciliyində iştirak ediblər. Onlar, məşqçi Mahir Məmmədovun rəhbərliyi altında, Bakıya 17 nəfərlik heyətlə yollanıblar.

Qeyd edək ki, Arpaçay Gəncə klubunun karate bölməsində 90-a yaxın uşaq və yeniyetmə məşq edir. İdmançıların ən kiçiyinin 6, ən böyüyünün isə 17 yaşı var.

Ən Çox Oxunan