Gəncəli yeniyetmələr taekvondo üzrə yarışda şəhərimizi uğurla təmsil ediblər. Bu haqda 26 yanvar tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.
Göyçay şəhərində baş tutan yoldaşlıq görüşü uşaqlar və yeniyetmələr arasında təşkil olunub. İdmançılarımız aşağıdakı uğuları qazanıblar:
- l yer: Yusif Bayramzadə, Elxan Əliyev, Furiddin Dünyamalıyev, Səid İsgəndərli, Famil Həsənov, Rasim Xəlilov, Zaur Hüseynov;
- ll yer: Ziyadxan Məmmədov;
- lll yer: Məsud Hüseynov, Nizami Məsimov, Əli Hüseyn, Vəli Mehdiyev.
İdmançılar medal və diplomla təltif olunublar.