12.5 C
Gence
12.5 C
Gence

Gəncəli idmançılar Respublika birinciliyində birinci yerə layiq görülüblər

Gəncə atletləri Respublika birinciliyində uğurla çıxış ediblər. Bu haqda Gəncə şəhər Gənclər və İdman Baş idarəsi 5 noyabr tarixində məlumat paylaşıb.

Zəfər gününə həsr olunmuş turnirdə iki yaş qrupu üzrə 110 idmançı iştirak edib. Mübarizəyə gəncəlilər də qatılıb. Onlar atletikanın 60, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış, uzunluğa tullanma, atmalar və estafet növlərində yarışıblar.

Gəncədən Ümid İbrahimov və Səməd Əhmədov birinci, İsgəndər Əsgərov və Asiman Fərzəliyev ikinci, Əli Quliyev və Rinad İbrahimov isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, “Təhsil” RİM-in təşkil etdiyi atletika idman növü üzrə Respublika birinciliyi 2-3 noyabr tarixlərində baş tutub.

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan