26.4 C
Gence
26.4 C
Gence

Gəncəli idmançılar çempionatda üç medal qazanıblar

Gəncə karateçiləri Respublika çempionatında şəhərimizi layiqincə təmsil ediblər. Bu haqda 12 yanvar tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən turnir WKF karate idman növü üzrə təşkil olunub. Gəncədən 60 kiloqram çəki dərəcəsi üzrə Həsən Əliyev və 75 kiloqramda Arzu Hüseynova 3-cü, 84 kiloqramda Turqut Həsənov 2-ci yerə layiq görülüblər.

Xatırladaq ki, hazırda boks idman növü üzrə Azərbaycan çempionatı keçirilir. İdmançılarımız orada da uğurla mübarizə aparırlar.

Ən Çox Oxunan