20.8 C
Gence
14.5 C
Ganja

Gəncəli idmançılar Belgradda 2 qızıl medal qazanıblar

Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları yarışlarda yer tutublar. Bu haqda 21 sentyabr tarixində Təhsil Nazirliyi məlumat paylaşıb.

Serbiyanın Belqrad şəhərində 11-19 sentyabr tarixlərində Dünya Məktəblilərinin İdman Oyunları keçirilib. Oyunların sərbəst güləş idman növü üzrə yarışında Gəncəli idmançılar Sadiq Hüseynov və Camal Abbasov I yerə, Elton Məmmədov, Elgün Məmmədov, Rəvan Rəhimli, İsmayıl Əsədli II yerə, İsa Yusubov və Abdulla İbrahimov III yerə çıxıblar.

Qeyd edək ki, Dünya Məktəblilərinin İdman Oyunlarında ölkəmizi təmsil edən komandaların tərkibində 24 idmançı iştirak edib. Onlardan 2 nəfəri qızıl, 7 nəfəri gümüş, 7 nəfəri isə bürünc medal qazanıblar.