25.8 C
Gence
25.8 C
Gence

Gəncəli şəhidin bu gün anım mərasimi keçirilib

Gəncədə şəhid Oktay Məmmədovun anım mərasimi keçirilib. Bu haqda Gencexeber.az-ın müxbiri 16 noyabr tarixində məlumat verib.

Gəncə şəhəri Şəhidlər xiyabanında Oktayın məzarı ziyarət olunub. Tədbirdə onun yaxınları ilə yanaşı, şəhər sakinləri iştirak ediblər. Ruhuna dualar oxunub və qəbrin önünə gül dəstələri düzülüb. Daha sonra Totanlı küçəsi, 3-cü döngə, ev 2 ünvanında ehsan verilib.

Oktay Namiq oğlu Məmmədov 1994-cü il yanvarın 1-də Gəncə şəhərində anadan olub. O, 1 nömrəli tam orta məktəbin məzunudur.

Oktay Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Füzulinin və Şuşanın azadlığı uğrunda savaşıb. Oktay Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı Xankəndi istiqamətində şəhid olub.

Oktay Namiq oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən aşağıda göstərilən medallarla təltif olunmuşdur:

  • “Vətən uğrunda” medalı (ölümündən sonra)
  • “Cəsur döyüşçü” medalı (ölümündən sonra)
  • “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

Ən Çox Oxunan