19 C
Gence
19 C
Gence

Gəncəli şəhidin anım günü münasibəti ilə ehsan verilib

Gəncəli şəhid Eltac Quliyevin anım günü münasibəti ilə mərasim təşkil olunub. Bu haqda Gencexeber.az-ın müxbiri 2 noyabr tarixində məlumat verib.

Saat 11 radələrində şəhidin qəbir üstünə baş çəkilib. Dadaş Bünyadzadə küçəsi, 15 nömrəli məktəbin yanında qurulan çadırda isə ehsan verilib. Mərasimdə şəhidin yaxınları, döyüş yoldaşları və şəhər sakinləri iştirak ediblər.

Quliyev Eltac Azər oğlu 6 mart 1998-ci ildə Gəncə şəhərində doğulub. O, 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində iştirak etmişdir. Eltac 27 sentyabr 2020-ci il tarixindən etibarən işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuşdur. 1 noyabr 2020-ci il tarixində Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Eltac Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Quliyev Eltac Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları əsasında aşağıda göstərilmiş medallarla təltif olunmuşdur:

  • “Vətən uğrunda” (ölümündən sonra)
  • “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra)
  • “Qubadlının azad olunmasına görə” (ölümündən sonra)
  • “Laçının azad olunmasına görə” (ölümündən sonra)
  • “Hərbi xidmətdə fərqlənməyə görə” (ölümündən sonra)

    Foto Gencexeber.az
    Foto Gencexeber.az

Ən Çox Oxunan