Gəncə sakini küçədə pişiklər üçün evlər yerləşdirib. Bu haqda məlumat mayın 20-si Gencexeber.az-a daxil olub.
Təşəbbüs Atatürk prospektində, “Zeytun” aptekinin qarşısında həyata keçirilib. Yaxınlıqda çalışan heyvansevər xaricdən pişiklər üçün iki kiçik ev sifariş edib.
Qeyd edək ki, gəncəlilərin bir çoxu 4 ayaqlı sakinlər üçün müxtəlif şəraitlərin yaradılmasını arzu edirlər.
Xatırladaq ki, sahibsiz itlər üçün Gəncədə sığınacaq tikilib.
