Gəncədən olan sərbəst güləşçi Turan Bayramov avqust ayının 5-6 Tokio-2020 Olimpiya oyunlarında çıxış edəcək.
Turan Bayramov 74 kiloqram çəki dərəcəsində çıxış edəcək. O, zədələnərək oyunlardan kənarda qalan sərbəst güləşçimiz Hacımurad Hacıyevi əvəzləyəcək.
Bugünə kimi Turan Bayramov rəsmi yarışlarda 6 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olub.
Bundan əvvəl 29 iyun tarixində Bayramov Almaniyada keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.