“Gəncə” BK-nın gənc basketbolçuları növbəti uğura imza atıblar. Bu haqda 24 aprel tarixində Gəncəxəbər.az xəbər verir.
Cəbrayıl Əkbərov və İslam Rzayev Tam Gənc Basketbol Liqasında iştirak ediblər. Onlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası komandasının heyətində çıxış ediblər. Gərgin keçən final oyununda həmyerlilərimiz liqanın çempionu olublar.