9.7 C
Gence
5.5 C
Ganja

Gəncəli gənc beynəlxalq təlim kurslarında iştirak edib

Gənclər və İdman Baş İdarəsinin əməkdaşı beynəlxalq kurslarda iştirak edib. Bu haqda Gencexeber.az 29 noyabr tarixində idarəyə istinadən məlumat verir.

Noyabrın 23-dən 28-dək “Azərbaycanda gənclərlə işləyən təlimçilər üçün təlim (TRAYAZE)” keçirilib. Gəncə şəhərindən təlimə GİBİ-nin Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev qatılıb.

Təlimin məqsədi – Azərbaycanda gənclərlə iş sahəsində keyfiyyətli təlimlərin keçirilməsi üçün təlimçilərin bilik və bacarıqlarını inkişaf etdirmək, o cümlədən gənclərlə işləyən təlimçilər şəbəkəsinin üzvlərinin sayını artırmaqdır.

TRAYAZE Gənclər və İdman Nazirliyi, Avropa Şurasının Gənclər Departamenti, Azərbaycan Gənclər Fondu və Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ən Çox Oxunan