26.9 C
Gence
26.9 C
Gence

Gəncəli güləşçilər yarışda uğurlu çıxış ediblər

Gəncəli güləşçilər növbəti dəfə uğurlu nəticələr əldə ediblər. Bu haqda Gəncə Gənclər və İdman İdarəsinin İnstagram səhifəsində məlumat dərc edilib.

Bakı şəhərində sərbəst güləş və yunan-roma güləşi idman növləri üzrə U-20 Respublika çempionatı keçirilib. Gəncəli güləşçilər doğma Nizami yurduna aşağıda göstərilən nailiyyətlərlə qayıdıblar:

  • Sərbəst güləşçi Nürəddin Novruzov 57 kiloqram çəki dərəcəsində 1-ci yer;
  • Sərbəst güləşçi Murad Haqverdiyev 60 kiloqram çəki dərəcəsində 2-ci yer;
  • Yunan-roma güləşçisi İbrahim İbrahimov 60 kq-da 3-cü yer;
  • Yunan-roma güləşçisi Abit Məmmədov 87 kq-da 3-cü yer;
  • Yunan-roma güləşçisi Asif Abışov 130 kq-da 3-cü yer.

Ən Çox Oxunan