25.8 C
Gence
25.8 C
Gence

Gəncəli güləşçilər paytaxtdan medallarla dönürlər

Güləşçilərimiz Bakıda keçirilən sərbəst güləş üzrə çempionatda iştirak ediblər. Bu haqda 2 may tarixində Gəncəxəbər.az xəbər verir.

Turnir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. U-15 Azərbaycan çempionatı Şağan Olimpiya İdman Kompleksində keçirilib. Yarışın ilk günündə 38, 44, 52, 62 və 75 kq-da sərbəst güləşçilər mübarizə aparıblar. Beş çəki üzrə ümumilikdə 168 idmançı çıxış edib. Gəncədən olan Əliağa Süleymanov 2-ci (38 kq), İbrahim Həsənov 3-cü (38 kq), Hüseyn İsmayılov 3-cü (52 kq) və Məhəmməd Tağıyev 3-cü (62 kq) yerlərə layiq görülüblər.

Ən Çox Oxunan