Gəncəli güləşçi yarımfinala yüksəlib. Bu haqda Gencexeber.az 4 oktyabr tarixində Report-a istinadən məlumat verir.
Turan Bayramov 1/8 final mərhələsində Bəhreynli rəqibinə qalib gəlib. Daha sonra, 1/4 finalda ABŞ-lı rəqibini də məğlub edərək yarımfinala yüksəlib.
Növbəti mərhələdə güləşçimiz Polşalı Məhəmmədmurad Hacıyevlə rinqdə qarşılaşacaq. Yarımfinal Bakı saatı ilə 18:30-da baş tutacaq.
Qeyd edək ki, Turan Bayramov Osloda keçirilən dünya çempionatında 70 kiloqram çəki dərəcəsində çıxış edir.