Uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi beynəlxalq yarışda uğur qazanıb. Bu haqda Gencexeber.az 24 avqust tarixində AZƏRTAC-a istinadən xəbər verir.
Rusiyanın Ufa şəhərində sərbəst güləş üzrə gənclər arasında keçirilən dünya birinciliyində Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Turan Bayramov Azərbaycan milli yığma komandasının tərkibində 74 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.