24.7 C
Gence
24.7 C
Gence

Gəncəli futbolçu milli yığmanın şərəfini qoruya bilər

Gəncə əsilli müdafiəçi Azərbaycan milli yığmasının şərəfini qorumaq üçün heyətdə yer ala bilər. Böyük britaniyanın sportsmole.co.uk saytında 12 oktyabr tarixində oyuna çıxacaq ehtimal olunan heyət açıqlanıb.

Bu gün milli yığma saat 22:45-də Serbiya ilə görüşəcək. “Qarabağ” futbol klubunun müdafiəçisi Abbas Hüseynovun yaşıl meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, yaşıl meydana çıxacaq dəqiq heyət oyundan bir saat öncə açıqlanır.

Abbas Hüseynov 13 iyun 1995-ci ildə Gəncədə anadan olub. Müdafiəçi 2017-ci ildən “Qarabağ” futbol klubunda, 2018-ci ildən isə Azərbaycan milli yığmasında çıxış edir.

 

Ən Çox Oxunan