9.7 C
Gence
5.5 C
Ganja

Gəncəli futbol azarkeşlərinə şad xəbər var

Gəncəni təmsil edən “Kəpəz” futbol klubu növbəti mövsüm Premyer Liqada yer ala biləcək. Bu haqda Gencexeber.az 18 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

“Kəpəz”in cari mövsümdə göstərdiyi nəticələr yeni mövsümdə komandanı Premyer Liqanın onluğunda yer alması ilə nəticələnəcək. Bunu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı söyləmişdir.

Qurum rəsmisinin verdiyi açıqlama zamanı yeni mövsümdən etibarən “Kəpəz”i Premyer Liqada görmək istədiklərini bildirib.

Qeyd edək ki, klub 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.

Ən Çox Oxunan