13.6 C
Gence
13.6 C
Gence

Gəncəli dizaynerin hazırladığı “Genesis X Convertible” təqdim olunub

Proyekti gəncəli dizayner Samir Sadıxov tərəfindən hazırlanmış avtomobilin təqdimat mərasimi keçirilib. Bu haqda 16 noyabr tarixində 1news-a istinadən məlumat veririk.

Tədbir bu gün, ABŞ-nin Los Anceles şəhərində təşkil olunub. Burada yeni “Genesis X Convertible” avtomobili təqdim olunub.

“Hyundai” şirkətinə məxsus kupe-kabriolet elektriklə işləyir. Bu avtomobil daha öncə təqdim olunan Genesis X və Genesis X Speedium Coupe trilogiyasının üçüncü, yəni sonuncu üzvüdür.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın ilk peşəkar avtomobil dizayneri olan Samir Sadıxov barədə məlumat vermişdik.

Ən Çox Oxunan