Gəncəli deputat Naqif Həmzəyev Bakıda ev sahibi olduqdan sonra kirayə pulu almağı dayandıracağını bəyan edib. Bunu millət vəkili Naqif Həmzəyev İTV-də qonaq olarkən deyib.
“2021-ci ilin sonlarına qədər daimi Gəncədə yaşayırdım. İndi daha çox Bakıda qalıram. Həftədə, on gündən bir Gəncəyə gedirəm” – deyə Həmzəyev əlavə edib.
Qeyd edək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb.
Naqif Həmzəyev Gəncədən seçilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.