19.1 C
Gence
19.1 C
Gence

Gəncəli deputat erməni terroruna məruz qalan ərazinin açıq muzey olmasını diqqətə çatdırıb

Deputat Naqif Həmzəyev erməni terroruna məruz qalan ərazinin açıq muzey olması ilə bağlı məsələ gündəmdə olsa da, öz həllini tapmadığını söyləyib. Bunu o, Milli Məclisin bu gün keçirilən iclasında diqqətə çatdırıb. Bu haqda Gencexeber.az 23 noyabr tarixində Apa.az-a istinadən məlumat verib.

“İkinci Qarabağ müharibəsində erməni terroruna məruz qalan şəhərlərdən biri də Gəncə idi. Bu ərazinin açıq muzey olması ilə bağlı məsələ gündəmdə olsa da, öz həllini tapmayıb. Xahiş edirəm bu məsələnin ən qısa vaxtda həll edilməsi üçün işlər görülsün” – deyə deputat bildirib.

Naqif Həmzəyev Gəncədən seçilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.

Ən Çox Oxunan