9.7 C
Gence
5.5 C
Ganja

Gəncəli cüdoçu öz qüvvəsini Böyük Dəbilqə turnirində sınayacaq

Gəncəli cüdoçu Böyük Dəbilqə turnirində çıxış edəcək Azərbaycan milli komandasının heyətində yer alıb. Bu haqda məlumat 29 oktyabr tarixində yayılıb.

Turan Bayramov noyabrın 5-də Bakıda start götürəcək yarışda 60 kiloqram dərəcəsində iştirak edəcək.

Cüdoçu 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhəri Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir.

Qeyd edək ki, Böyük Dəbilqə 5 – 7 noyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək. Turnirdə 30 ölkədən 200-dən çox idmançının iştirakı gözlənilir.

 

Ən Çox Oxunan