19 C
Gence
19 C
Gence

Gəncəli cüdoçu Turan Bayramovdan növbəti uğur

Gəncəli cüdoçu Turan Bayramov qızıl medal qazanıb. Bu haqda Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər veririk.

İdmançımız Bosniya və Herseqovinada keçirilən cüdo üzrə açıq Avropa turnirndə iştirak edib. Bayramov çıxış etdiyi 60 kiloqram çəki dərəcəsində finalda Samir Piriyevə qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, Bayramov 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhəri Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir.

Ən Çox Oxunan