Gəncəli cüdoçu Turan Bayramov gümüş medal qazanıb. Bu haqda məlumat Gencexeber.az 7 oktyabr tarixində Azertag.az-a istinadən xəbər verir.
Finalda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Bayramov Gürcüstanı təmsil edən Giorgi Sardalaşviliyə uduzub.
Turnir İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilir. Oktyabrın 10-dək davam edəcək turnirdə 73 ölkədən 500-dən çox idmançı iştirak edir.
Bayramov 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhəri Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir.
Qeyd edək ki, Bayramov aşağıda sadalanmış yarışların qızıl medalçısıdır:
- Kursantlar arasında qitə birinciliyi
- Yeniyetmələr arasında Avropa Kuboku
- Kursantlar arasında Avropa Kuboku
- Kursantar arasında ölkə çempionatı
Daha öncə, Bayramovun Qazaxstandan olan idmançını ipon fəndi ilə məğlub etməsi haqda xəbər vermişdik.