Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında bürünc medal qazanan İbrahim Zeynalov doğma şəhərinə qayıdıb.
Boksçunu Heydər Əliyev parkının girişində yaxınları, məşqçiləri və idman ictimayətinin üzvləri qarşılayıblar. Gənc idmançı Gəncə boks məktəbinin yetirməsidir.
Görüş zamanı Zeynalovun yarışmada iştirakı yüksək qiymətləndirilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
“Mən çox sevinirəm ki, 1-ci MDB oyunlarında iştirak etdim. Gələcək yarışlarda Gəncəyə qızıl medal gətirmək istəyirəm,” – deyə idmançı söyləyib.